İQTİSADİYYAT


“EnterpriseAzerbaijan.com” “e-Asiya” proqramı ilə əməkdaşlığa başlayır

Bakı, 24 iyun, AZƏRTAC

“EnterpriseAzerbaijan.com” portalı Şərqi Asiya Sammitinin üzv ölkələri tərəfindən maliyyələşən “e-Asiya” tədqiqat proqramı ilə əməkdaşlığa başlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, “e-Asiya” proqramı Biliklərin Mübadiləsi üzrə Tərəfdaşlıq Fondu tərəfindən biliklərin mübadiləsi üzrə texniki yardım üçün 500 min ABŞ dollarlıq qrant qazanıb. Sözügedən texniki yardımın əsas məqsədi texnoloji startapların potensialını gücləndirməkdir. Texniki yardım texnoloji startapların inkişafı üçün əlverişli mühit, institusional struktur və biliklərin mübadiləsi istiqamətlərində işlər aparır.

Asiya İnkişaf Bankı və “Steinbeis GmbH & Co.KG” şirkəti texniki yardımın icrası məqsədilə “EnterpriseAzerbaijan.com” portalına daxil olan startapların dəstəklənməsi, bilik və təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirib. Sözügedən əməkdaşlıq strateji inkişafın davam etdirilməsi, sinerjinin formalaşdırılması və portalda olan layihələrin inkişafı üçün yaxşı imkan yaradır.

Xatırladaq ki, “EnterpriseAzerbaijan.com” portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.