İQTİSADİYYAT
“EnterpriseAzerbaijan.com” portalı “Founders Space” şirkəti ilə danışıqlara başlayıb
Bakı, 22 iyun, AZƏRTAC
“EnterpriseAzerbaijan.com” qlobal reytinqdə startaplar üçün ən yaxşı İnkubator olan Amerika Birləşmiş Ştatlarının “Founders Space” akselerator şirkəti ilə əməkdaşlıq üçün danışıqlar aparır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dünya üzrə “Forbes” jurnalının “Top 10 inkubator” reytinqinin lideri “Founders Space” dünya miqyasında startaplara təşəbbüs kapitalı və dəstək verən bir akselerator şirkətidir. “Founders Space” startap təhsili və korporativ innovativ proqramları, habelə ən son texnoloji və investisiya trendləri ilə bağlı inkişaf etmiş seminarlar təklif edir. Startaplar, texnoparklar, dövlət qurumları, universitetlər və “Fortune 100” şirkətləri ilə işləyir və fintek, agrotek, səhiyyə, reklam üzrə Silikon Vadisinə, Avropa, Asiya və Amerika kimi regionlara lazımi proqramlar təqdim edir.
Xatırladaq ki, “EnterpriseAzerbaijan.com” portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.