İQTİSADİYYAT


“Enterprise Azerbaijan”ın startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlıq çərçivəsində yaratdığı “StartUp School” layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, “StartUp School” layihəsinin növbəti mərhələsində görüləcək işlərə dair onlayn müzakirə təşkil olunub. Onlayn müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Tosun, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və məktəbin yaradılmasında iştirak edən ABŞ-dan, Türkiyədən, İsraildən, Polşadan və Azərbaycandan olan ekspertlər layihə ilə bağlı ilkin təqdimatı müzakirə ediblər.

Təqdimatın ardınca “StartUp School” üçün tədris kurikulumu və sillabuslar təhlil olunub, yeni yaradılan saytın iş prinsipləri müzakirə olunub. Aparılan danışıqların yekun qərarına görə, qeydiyyat və tədrisə başlamaq üçün son tamamlama işləri həyata keçiriləcək. Startap məktəbinin tərəfdaşları həm də Türkiyənin OSTİM Texnologiya Universitetinin “Sahibkarlıq və Liderlik Mərkəzi”, İsrail Azərbaycan Ticarət və Sənaye Palatası, Azərbaycandan KOBİA, Dövlət Məşğulluq Agentliyi, “Sabah.lab” İnkubasiya və Akselerasiya Mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.