DÜNYA


Entoni Blinken: Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib

Bakı, 20 may, AZƏRTAC

1990-cı illərdə Rusiya Qərbin təklif etdiyi NATO üzvlüyündən özü imtina edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə The Late Show telekanalının aparıcısı Stiven Kolbertə müsahibəsində deyib.

Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığına toxunan Entoni Blinken alyansın müdafiə bloku olduğunu və Rusiyaya qarşı aqressiv niyyətlərinin olmadığını bir daha vurğulayıb.

Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Atlantic” jurnalında dərc olunan köşə yazısında Moskvanın bir vaxtlar alyansa dəvət edilməsi ilə bağlı iddialarını şərh edib. Mətbuat katibinin sözlərinə görə, ABŞ Rusiyanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də 2000-ci ildə Bill Klintonun Rusiyanın NATO-ya daxil olması imkanlarına təmkinli reaksiya verdiyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.