DÜNYA


Entoni Fauçi aviauçuşlar üçün COVID-19-a qarşı məcburi vaksinləmə tətbiq olunmasını dəstəkləyir

Vaşinqton, 14 sentyabr, AZƏRTAC

ABŞ-ın infeksion xəstəliklər üzrə aparıcı eksperti doktor Entoni Fauçi bildirib ki, o, aviauçuşlar üçün COVID-19-a qarşı məcburi vaksinləmə tətbiq olunmasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, Fauçi “The Skimm” radio verilişində çıxışında hava nəqliyyatından istifadə edən sərnişinlərin vaksinlənməli və müvafiq sənəd təqdim etməli olmasını dəstəkləyir. Bununla belə, ekspert vaksinasiyanın yalnız yaşı 12-dən yuxarı olan, yoxsa bütün səyahətçilər üçün məcburi olmasını dəstəklədiyini dəqiqləşdirməyib.

“ABŞ-da Səyahətlər Assosiasiyası”nın nümayəndələri Fauçinin bu bəyanatına cavab olaraq qeyd ediblər ki, onlar insanların vaksinlənməsini dəstəkləyirlər, lakin ölkədaxili səfərlər üçün vaksinasiyanın məcburi olması ilə razılaşmırlar. Assosiasiyanın bəyanatında deyilir: “Bu siyasət hələ vaksinlənmə iddiasında olmayan azyaşlı uşaqların olduğu ailələrə ədalətsiz və neqativ təsir göstərəcək”.

Onlar hesab edirlər ki, müddəti 2022-ci ilin yanvar ayına qədər uzadılmış maskalar istifadə edilməsi barədə qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kifayətdir. Bu halda onlar Müdafiə Nazirliyi tərəfindən “United Airlines” ilə birgə aparılmış tədqiqata istinad edirlər. ABŞ-ın bəzi iri aviaşirkətləri, o cümlədən “United Airlines” bildirib ki, bütün əməkdaşların tam vaksinasiyadan keçməsini tələb edəcəklər.

AZƏRTAC-ın Vaşinqton bürosu 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.