Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Environmental Protection First” Koalisiyası Ermənistanın Cənubi Qafqaz ekologiyasını fəlakət bölgəsinə çevirməsi ilə bağlı bəyanat yayıb YENİLƏNİB

“Environmental Protection First” Koalisiyası Ermənistanın Cənubi Qafqaz ekologiyasını fəlakət bölgəsinə çevirməsi ilə bağlı bəyanat yayıb  YENİLƏNİB

Bakı, 10 avqust, AZƏRTAC

“Environmental Protection First” Koalisiyası Ermənistanın Cənubi Qafqaz ekologiyasını fəlakət bölgəsinə - “hamı üçün faciə”yə çevirməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir:

“Biz, bu günlərdə təsis edilmiş “Environmental Protection First” Koalisiyası olaraq, Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayırıq.

Bu irimiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoyulmadığını göstərir. Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də ekofəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.

Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.

Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.

Espo Konvensiyasının 3.1-ci və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir. Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz.

Ermənistanın rəsmi qurumları məlumatları təqdim etmək əvəzinə, media vasitəsilə mümkün təsirlərin minimal olacağı ilə bağlı inandırmağa çalışırlar. Təəssüf ki, bu mövqe Espo Konvensiyasının tələblərinə ziddir.

Tərəfimizdən aparılan ilkin təhlil onu göstərir ki, Ermənistanda fəaliyyət göstərən mədən sənayesi müəssisələrinin torpaq, havanın keyfiyyəti, səth və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) 2022-ci ildə Ermənistanla bağlı hesabatda da vurğulanır ki, ölkədəki bəzi mədən şirkətləri 2020-2021-ci illər üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamayıblar və ictimaiyyətə təqdim etməyiblər.

Qeyd olunan halları və Ermənistanın mədən sənayesinin illər ərzində Azərbaycanın ekoloji mühitinə zərərli təsirindən yaranan ictimai narazılığı nəzərə alaraq, Koalisiyamız Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin tam açıqlanmasını gözləyir. ƏMTQ hesabatlarının tam mətnləri ictimaiyyətə açıqlanmalıdır. Ermənistan bu mühüm ekoloji qeydləri gizlətməməli və bu barədə hüquqi öhdəliyini unutmamalıdır.

Biz Ermənistanın mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini öz rəsmi internet səhifələrində dərhal dərc etməyə və beləliklə, bu məlumatları ictimaiyyətə açıqlamağa çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır.

Ermənistandan təsirə məruz qalan icmaların bu zavodların fəaliyyəti haqqında məlumat əldə etməsinə və qərarların qəbulu proseslərində iştirakına imkan yaratmaq, eləcə də ətraf mühitə dəyən zərərin aradan qaldırılması ilə bağlı həll yollarına dair zəmanət verməklə, öhdəliklərini yerinə yetirməsi tələb olunur.

Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri” hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlamaları zərurətini vurğulayır. Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa çağırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib VİDEO

Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO

Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur

Sabaha olan hava proqnozu açıqlanıb

Akademik: Elmi fəaliyyətin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

Oğurluq edən 3 nəfər saxlanılıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

20 Yanvar – Xalqın sınaq imtahanı

“İmprotex İndustries”in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib

“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib

® “Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

20 Yanvar hadisəsi sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb VİDEO

Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib

İncəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur

Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

İmişlidə qətl hadisəsi törədilib VİDEO

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

"Barselona"nın futbolçusu zədəsini sağaldıb

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Avroliqa: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO