Epidemioloji şərait və prezidentlərin qrafiki imkan verən kimi Vladimir Putin Türkiyəyə səfər edəcək
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, həm hökumətlərarası komissiyaların, həm də ikitərəfli münasibətlər üzrə prezidentlərin rəhbərlik etdikləri ali orqanın iclaslarının keçirilməsində müəyyən fasilə yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğanın bütün bu tədbirləri Türkiyədə qəbul etməyə hazır olduğunu deyib.
“Prezident Putin bu dəvəti minnətdarlıqla qəbul edib. Onlar razılaşıblar ki, epidemioloji şərait və qrafikləri imkan verən kimi Rusiya lideri dəvətdən mütləq istifadə edəcək”.

Xəbərin mətnində orfoqrafik səhv var