İQTİSADİYYAT


“Equinor” Şimal dənizində 3 yeni quyu qazacaq

Bakı, 26 may, AZƏRTAC

Norveçin enerji nəhəngi “Equinor” şirkəti (əvvəlki “Statoil”) Şimal dənizində 3 yeni quyu qazmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Equinor” Şimal dənizindəki “Fram” yatağına yatıracağı yeni investisiyalardan sonra buradan əlavə 70 milyon barrel neft və qaz hasil edəcək. Yataqdakı ehtiyatlar demək olar ki, iki dəfə artacaq. Quyuların qazma işlərinə 2019-cu ilin əvvəlində başlanacaq və təxminən 1 il davam edəcək.

“Fram” Şimal dənizinin şimal hissəsində yerləşən neft-qaz yatağıdır. Buranın dərinliyi təxminən 350 metr təşkil edir. 1990-cı ildə kəşf edilən “Fram” yatağından bu günə qədər 13,5 milyard dollar gəlir əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.