İQTİSADİYYAT


“Equinor” şirkəti ilə aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticələr əldə olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iki şirkət tərəfindən şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunub.

“Equinor” şirkətinin nümayəndələri Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmində olduqlarını bildirib, “Qarabağ” yatağından sonra “Aypara” və “Gündüz” kimi perspektivli strukturlarda da kəşfiyyat qazmasının aparılması üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər, həmçinin “Azəri”-“Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.