ELM VƏ TƏHSİL


“Erasmus+ PICASP” layihəsinin yerli tərəfdaşları ilə görüş

Bakı, 14 aprel, AZƏRTAC

Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+ PICASP” layihəsi çərçivəsində yerli tərəfdaş universitetlərin virtual görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Erasmus+ PICASP” layihəsi çərçivəsində fəaliyyətin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bundan əlavə, layihənin koordinatoru və digər tərəfdaşları ilə bərabər keçiriləcək növbəti virtual görüşdə müzakirə ediləcək məsələlər haqqında danışılıb.

Görüşdə Xəzər Universitetinin əməkdaşları ilə yanaşı Azərbaycan Turizm və Menecment Universitetinin və Miras İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.