CƏMİYYƏT
“Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
"Şuşa İli" ilə əlaqədar Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr olunub. Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlanıb, “Google Maps” və “Yandex Maps” platformalarına Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Şuşa İli"nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.
“Bununla yanaşı, Agentlik “Şuşa İli” çərçivəsində müxtəlif xarakterli beynəlxalq tədbirlər, forumlar təşkil edib. “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu, həmçinin 1000-ə yaxın QHT nümayəndəsinin və blogerin Şuşaya səfəri təşkil olunub. “Şuşa İli” ilə əlaqədar müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib", - deyə Agentliyinin icraçı direktoru vurğulayıb.