QAN YADDAŞI


Ercan Karavay: Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır VİDEO

Paris, 27 fevral, AZƏRTAC

Beynəlxalq ictimaiyyət, bütün dünya Xocalı soyqırımını tanımalıdır. Xocalı faciəsi 28 il əvvəl baş verməsinə baxmayaraq, unudulmayıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisin Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirin iştirakçısı Ercan Karavay deyib.

“Hamı bilməlidir ki, bu hadisələr unudulmayıb və unudulmayacaqdır. Xocalı qurbanlarının xatirəsi daima əziz tutulub və ehtiramla yad edilib. Türk əsilliyəm və həmişə Azərbaycanın yanındayam. Bu axşam burada olmaqla azərbaycanlı qardaşlarımızın kədərlərini bölüşürük”, - deyə E. Karavay bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.