İDMAN
Erik Varqa: Bakı Atıcılıq Mərkəzində yaradılmış şərait beynəlxalq standartlara uyğundur

Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Atıcılıq üzrə final mərhələ çox çətin olsa da, sonda bizim komanda qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarında komanda trap atıcılığı (xəndək trendi) üzrə yarışların qalibi Slovakiya yığmasının duet heyətinin üzvü Erik Varqa jurnalistlərlə müsahibəsində deyib.
Birinci Avropa Oyunlarında atletlər üçün yaradılmış şəraitdən bəhs edən Slovakiya idmançısı deyib: “Bakı-2015” Oyunlarında hər şey ən yüksək səviyyədə təşkil edilib. İdman zalları ən müasir trenajorlarla təchiz olunub, Azərbaycan yeməklərinin dadı isə hələ uzun müddət damağımızdan getməyəcək. Avropa Oyunlarının idman tikililəri arasında Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etmək istəyirəm. İnamla deyə bilərəm ki, orada yaradılmış şərait beynəlxalq standartlara tamamilə uyğundur”.