REGİONLAR


Erkan Özoral: Astara Azərbaycanın ən gözəl rayonlarından biridir

Astara, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Azərbaycanın ən gözəl rayonlarından biridir. Astaranın gözəlliyi barədə çox eşitmişdim. Bu gün bunu öz gözlərimlə gördüm.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Səfir deyib: “Astarada görülən işlər fərəh hissi doğurur. Biz burada təkcə bu rayonun deyil, bütövlükdə gözəlləşən Azərbaycanın necə inkişaf etdiyinin şahidi oluruq. Bu, təkcə mənim deyil, Astaraya səfər edən digər diplomatik nümayəndələrin də fikridir. Göstərilən qonaqpərvərlikdən hamımız çox məmnunuq. Bu səfərin təşkilinə görə Xarici İşlər Nazirliyinin rəhbərliyinə minnətdarıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.