CƏMİYYƏT


Erkən evliliyə yox! Uşaq evliliyi yolverilməzdir! VİDEO

Erkən evliliyə yox! Uşaq evliliyi yolverilməzdir! VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, erkən nikahların qarşısının alınmasına və müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirlik bu mövzuya diqqəti cəlb etmək məqsədilə yeni videoçarx hazırlayıb.

Tədqiqatlara əsasən dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ailə qurub. Belə qızların üçdə biri 15 yaşına çatmamış nikaha sövq edilib. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir.

Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir, onlar zorla təhsildən kənar qalırlar. Həmçinin erkən nikah irsi xəstəliklərə səbəb olur, sağlamlıq imkanları məhdud uşaqlar doğulur. Eyni zamanda, fiziki, psixoloji sağlamlığa zərbə dəyir. Bu da sosial cəhətdən həssas qrupların sayının artması ilə nəticələnir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.