CƏMİYYƏT


Erkən mərhələdə aşkarlanan süd vəzi xərçənginin müalicə ilə sağalma şansı yüksəkdir

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabr "Süd vəzi xərçəngi" ilə mübarizə ayıdır. Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da bu xərçəng növünə rast gəlinə bilər. Belə ki, erkən mərhələdə aşkarlanan süd vəzi xərçənginin müalicə ilə sağalma şansı yüksəkdir. Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçmələri tövsiyə edilir.

Qərb ölkələrində süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Bu problem əksər hallarda sporadik meydana çıxır, lakin genetik risk faktorları da mövcuddur. Süd vəzisinin saxlanması tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasından ibarətdir.

Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması ölüm hallarını azalda bilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.