REGİONLAR


Erkən nikah uğursuz gələcəyin təməlidir

Masallı, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da “Erkən nikah uğursuz gələcəyin təməli” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, ölkəmizin bəzi regionlarında zərif cinsli nümayəndələrin üzləşdiyi problemlərdən biri də qızların erkən ərə verilməsidir.

Erkən nikahların bağlanmasına daha çox valideynlərin səbəb olduğunu vurğulayan C.Manafov bununla bağlı maarifləndirmə, təbliğat və təşviqat işlərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər erkən nikahların gənc ailələr üçün yaratdığı problemlərdən danışıblar.

Bildirilib ki, erkən nikahlara girmiş qızlar çox vaxt orta məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə cəmiyyətdən müəyyən mənada təcridinə səbəb olur.

Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.