CƏMİYYƏT


Erkin Rəhimov: COVID-19-dan xilas olmağın yeganə yolu peyvənd vurdurmaqdır

Bakı, 6 avqust, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə virusdan qorunmağın ən yaxşı yolu peyvənddir. Elmi tədqiqatların nəticəsinə əsasən, ola bilsin ki, gələcəkdə uşaqlar da koronavirusa qarşı vaksin oluna bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Bildirib ki, uşaqların hələ ki vaksin olunmadığını da nəzərə alaraq, hər kəs onları qorumaq üçün peyvənd vurdurmalıdır: “Vaksinasiyadan keçənlər də koronavirusa yoluxa bilərlər, yəni, heç bir peyvənd 100 faiz qorumur. Elmi tədqiqatlara əsasən, peyvəndləmə reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur. COVID-19-a görə vəfat edənlərin əksəriyətinin vaksinasiyadan keçməyənlər olduğu sübut edilib. Koronavirus peyvəndinin hər iki dozasını qəbul edənlər arasında ölüm riski çox aşağıdır. Peyvənd vurdurmaqda məqsəd həm özümüzü, həm də cəmiyyəti qorumaqdır. Əhalinin 70-80 faizi mütləq COVID-19 əleyhinə peyvənd vurdurmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.