İDMAN


Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atıb

Bakı, 3 oktyabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haaland Premyer Liqa tarixində yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı forvard buna evdə “Mançester Yunayted”lə görüşdə (6:3) 3 qol vurmaqla nail olub. Haaland nəticədə ardıcıl 3 ev oyununda het-trik edib. O, daha əvvəl “Nottinqem Forest” və “Kristal Pelas”la matçlarda 3 dəfə qapını dəqiq nişan alıb. Bununla da Haaland Premyer Liqanın ardıcıl 3 ev oyununda het-trik edən ilk futbolçu olub.

Qeyd edək ki, Haaland bu ilin yayından “Mançester Siti”də oynayır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.