SİYASƏT


Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər

Bakı, 23 sentyabr, AZƏRTAC 

Türkiyənin Giresun şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında işğalçı Ermənistanı təmsil edən deputatlar Yerevanda keçirdikləri mətbuat konfransında bütün nümayəndə heyətlərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini və orada tək qaldıqlarını etiraf ediblər.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Yerevanda jurnalistlərə açıqlama verən Ermənistan parlamentinin deputatı Artak Manukyan bildirib ki, Azərbaycan Milli Məclisinin üzvü Eldar Quliyevin Azərbaycan ərazilərinin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunduğunu bəyan etməsindən sonra “təşkilata üzv dövlətlər, xüsusən Ukrayna, Gürcüstan və Moldova onun çıxışını öz maraqlarına uyğun olaraq dəstəkləyiblər”. Erməni deputat əlavə edib ki, onun özünün “bu iclas siyasi platforma deyil, iqtisadi məsələlərin müzakirə olunduğu yerdir” arqumenti də iclas iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.

Digər erməni deputat Vaqe Enfiacyan isə sərsəmcəsinə bildirib ki, Türkiyə və Azərbaycan onun ölkəsini blokadada saxlayır və buna görə təzminat ödəməlidirlər. Ən gülünc və həyasız olanı isə erməni parlamentinin üzvünün avropalı turistlərin Türkiyənin Qars şəhərindəki qədim abidələri görmək üçün Ermənistan ərazisindən oraya gedə bilməməsi bəyanatıdır. Axı avropalı səyahətçi Türkiyənin istənilən nöqtəsinə sərbəst gedə bildiyi halda oraya Ermənistandan niyə getməlidir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.