DÜNYA


Erməni ekspertlər: Nikol Paşinyan hökuməti dərin böhran içərisindədir

Bakı, 13 fevral, AZƏRTAC

Nikol Paşinyan “Ermənistanı çirkabdan təmizləmək üçün ciddi islahatlar həyata keçirmək lazımdır” fikrini səsləndirsə də sələflərinin etdiyi səhvləri təkrarlayır.

AZƏRTAC xəbər verir ki, bunu erməni siyasi ekspertlər 1in saytına açıqlamalarında bildiriblər.

Onların fikrincə, erməni xalqı postinqilabçı Ermənistanın həyata keçirəcəyi yenilikləri gözləmələrinə baxmayaraq köhnə proseslərlə qarşılaşdılar.

Karen Karapetyan kimi Nikol Paşinyan hökuməti də dərin böhran içərisindədir. Yəni, erməni cəmiyyətinin gözlədiyi yeni dalğa və yeni fikirlər əslində mövcud deyil.

Ekspertlər bildiriblər ki, yeni hökumət bir il əvvəl erməni ictimaiyyətinə vəd verdiyi islahatları reallaşdırmayacağı təqdirdə Paşinyan komandasının həyata keçirdiyi “inqilab” məğlub hesab ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.