SİYASƏT


Erməni faşistləri Tərtərin Əskipara kənd tam orta məktəbini də hədəf alıb - beynəlxalq təşkilatlar və dünya dövlətləri bu vandalizmə hələ də səssiz qalır FOTO

Tərtər, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri müharibə cinayəti törədərək, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri artilleriya atəşinə tutmağa davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur, infrastruktur sıradan çıxır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğalçı Ermənistan hərbçilərinin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Tərtər rayonunun Əskipara kəndidir. Düşmənin artilleriya atəşləri nəticəsində sentyabrın 27-dən indiyə kimi kəndin ərazisinə 300-dən çox mərmi düşüb. Nəticədə 1 nəfər kənd sakini yaralanıb, 3 ev dağılıb, 24 evə, 2 yardımçı binaya, həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, 5 baş iribuynuzlu, 6 baş xırdabuynuzlu heyvan tələf olub.

Xüsusi qeyd etmək lazımdır ki, Əskipara kənd tam orta məktəbi də artilleriya atəşinə tutulub. Bu, bir daha göstərir ki, Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan düşmən bütün müharibə qanunlarını pozur və bu, vandalizmin açıq-aşkar sübutudur. Beynəlxalq təşkilatlar və dünya dövlətləri isə buna səssiz qalır.

Ermənistan hərbçiləri tərəfindən kəndin atəşə tutulması bu gün də davam edib.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Əskipara kəndində çəkdiyi fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.