REGİONLAR


Erməni faşistlərinə ağır zərbələr endirən topçu Aybek VİDEO

Saatlı, 16 noyabr, A.Yavər, AZƏRTAC

Topçu Aybek Rizmanov Saatlının Şirinbəyli kəndində dünyaya göz açıb. Əslən axısqa türkü olan gənc orta məktəbi oxumaq üçün Türkiyəyə köçsə də, hərbi xidmətini yerinə yetirmək üçün doğma Vətəni Azərbaycana qayıdır. O, topçu olaraq xidmətini yerinə yetirir. Sentyabrın 27-dən başlayan döyüşlər zamanı düşmənə ağır zərbələr endirən Aybek bu xidmətinə görə təltif də edilib.

AZƏRTAC xəbər verir ki, tariximizin şanlı səhifəsi olan Vətən müharibəsində Azərbaycan əsgərinin zəfər yürüşü düşmənin pərən-pərən düşməsi ilə nəticələndi. İndi hər kəs belə oğullarla fəxr edir, ən çox da onların aiələri.

Erməni hərbi birləşmələrinə vurulan zərbələrdə Aybek Rizmanovun da xidməti az deyil. Topçu əsgərin dayısı Rüstəm Cabbarov deyir ki, onun xidmətinə görə təltif edilməsi xəbərini eşidəndən bəri sevincləri yerə-göyə sığmayıb. Torpaqlarımızın azad olunmasında bacısı oğlunun da iştirak etməsindən hədsiz qürur duyur.

Qəhrəman əsgərin bibisi Güldəstə Cabbarova da Aybek kimi əsgərlərimizlə fəxr etdiyini söyləyərək bildirib ki, onların cəbhədən gələn zəfər xəbərləri arxa cəbhədə hər kəsə əvəzsiz bir hədiyyə olub.

Topçu əsgərin digər dayısı Oran Fəzliyev isə Aybekin şücaəti haqqında telefonuna gələn zənglə xəbər tutub. “Evdə idim, dost-tanış zəng etdi ki, Aybeki televiziya kanallarında göstəriblər. Bu xəbəri eşidəndə çox qürurlandım. Bu hissi ifadə edə bilmirəm. Çox sevindim, ürəyim dağa döndü ki, ucqar bir kənddə böyüyən uşaq indi Vətənin keşiyində qəhrəmanlıq nümayiş etdirir”, - deyə Aybekin dayısı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.