REGİONLAR


Erməni faşistlərinin Beyləqana vurduğu ziyanın ilkin qiymətləndirilməsi aparılır

Beyləqan, 16 noyabr, A.Yavər, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Beyləqanda evlərə, sosial obyektlərə və təsərrüfatlara dəyən ziyanın qiymətləndirilməsi istiqamətində iş aparılır, bölgəyə ezam olunan işçi qrup tərəfindən dağıntı yerlərinə baxış keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində cəbhədən kilometrlərlə uzaqda olmasına baxmayaraq, Beyləqanda da dağıntılar baş verib. Erməni faşistləri tərəfindən rayon ərazisi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 2 dinc sakin həlak olub, sosial obyektlər, evlər dağılıb, infrastruktur sıradan çıxıb.

Rayon ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün hazırda işçi qrup tərəfindən əraziyə baxış keçirilir. İşçi qrupun rəhbəri Samir Şahhüseynli bildirib ki, 4 gün ərzində baxış keçirilən zaman ilkin məlumata görə, 60-dan çox evə, sosial obyektə və infrastruktura ziyan dəydiyi müəyyənləşib. Belə ki, çoxmənzilli binada yerləşən 2 ev, 44 fərdi yaşayış evi dağıdılıb, 11 sahibkarlıq subyektinə ziyan dəyib. Bir uşaq bağçası, istirahət parkı və vergilər idarəsinin binası zərər görüb. Bundan başqa, bir yük maşını və minik avtomobili yararsız hala düşüb.

İşçi qrup tərəfindən rayonda digər ərazilərə baxış keçirilməsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.