CƏMİYYƏT


Erməni işğalçıları Kəlbəcərdəki faydalı qazıntı yataqlarını istismar ediblər

Bakı, 24 oktyabr, AZƏRTAC 

Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev AZƏRTAC-a bildirib ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları-130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kubmetr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr/gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı və 4 473 min kubmetr sement xammalı mövcud olub.

“Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib. İşğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək", - deyə Ə.Əliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.