CƏMİYYƏT


Erməni könüllüləri internet forumlarda cəbhədə baş verənlər barədə yazırlar

Moskva, 19 noyabr, AZƏRTAC

Erməni könüllüsü internet forumlarda cəbhədə baş verənlər barədə yazırlar.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən Qarabağa vuruşmağa gəlmiş ermənilərin cəbhədə baş verənlər barədə internet forumlarında yazdıqları çoxlarında nifrət və istehza doğurur.

Rusiyanın “Moskovskiy komsomolets” qəzeti belə döyüşçülərdən biri, “LostArmour” forumunda “Andrewbek1974” adı altında iştirak edən erməninin Qarabağ döyüşləri barədə yazılarını dərc edib.

Qəzet yazır ki, İkinci Qarabağ müharibəsində Suriya, Livan, İraq, Fransa və Rusiyanın erməni diasporlarının nümayəndələri də iştirak ediblər. Onlar müharibə başa çatdıqdan sonra forumlarda bölüşdükləri yazılarda erməni tərəfinin hərbi sursat və rabitə vasitələri ilə pis təchiz olunması, komandirlər tərəfindən başlı-başına buraxılması, rabitə vasitələrinin çatışmaması və digər problemləri dilə gətirirlər.

“LostArmour” forumunun erməni iştirakçısının sözlərinə görə, Ermənistanda könüllülərə hərbi geyim verilməyib, zirehli jiletləri isə özləri almalı olublar, onlara köhnə Kalaşnikov pulemyotu, Makarov tapançası və Kalaşnikov avtomatları paylanıb.

Şuşa döyüşlərinə qatılmış “Andrewbek1974” forumçu yazır ki, bölüklərinə Hamlet adlı şəxs rəhbərlik edib. Onun “Artsax ordusu”nun “mayor”u olduğu deyilsə də buna heç kim əmin deyildi. “Mayor”un kriminal mənşəli biri olduğu şübhəsiz idi. Bölüyə isə əslində yerli sakin, Birinci Qarabağ müharibəsinin iştirakçısı Aşot rəhbərlik edirdi.

“İlk döyüşümüzdə isə donuzlara qalib gəldik” deyən erməni könüllüsü xatırlayır ki, oktyabrın 23-də gecə növbətçiləri atəş açmağa başlayıblar, digərləri də onlara qoşulub. Səhər açılanda isə döyüş “meydanı”nda iki donuz leşi tapıblar. Məlum olub ki, bütün gecəni bölük iki donuzu atəşə tutub və “qalib” gəlib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.