Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Erməni mütəxəssis Ermənistanın hərbi-siyasi rejiminə: Külək əsdirsən, fırtınada boğularsan!

Erməni mütəxəssis Ermənistanın hərbi-siyasi rejiminə: Külək əsdirsən, fırtınada boğularsan!

Bakı, 6 iyun, AZƏRTAC

Aprel döyüşlərindən sonra Ermənistan tərəfi və işğalçı hərbi-siyasi rejimin müxtəlif vəzifəli şəxsləri döyüş əməliyyatları başlayarsa, Azərbaycanın mülki obyektlərinə, iqtisadi infrastrukturuna zərbələr endiriləcəyi barədə hədə-qorxu ilə dolu sərsəm açıqlamalarla çıxış edirlər.

Metsamor Atom Elektrik Stansiyası üzrə mütəxəssisin Ermənistanın “Delovoy Ekspress” saytında yayılan məqaləsi belə açıqlamalara ən tutarlı cavabdır.

AZƏRTAC erməni müəllifin “Külək əsdirsən, fırtınada boğularsan!” adlı həmin məqaləsini oxuculara təqdim edir.

Son zamanlar Ermənistan kütləvi informasiya vasitələrində tez-tez Azərbaycanın infrastruktur obyektlərinə məhvedici zərbənin endirilməsi ilə bağlı əsassız fikirlər səsləndirilir.

“Tərksilah etmək məqsədilə” mülki obyektlərə zərbələr endirilməsi öz-özlüyündə bir sıra suallar doğurur. Belə zərbə kimi və nəyi “tərksilah” etmək üçün tətbiq olunur? Biz onlara belə zərbəni necə endirməyi planlaşdırırıq? Bu növ zərbələrin endirilməsindən danışarkən hətta deyirik ki, Bakını və Azərbaycan Respublikasının neft-qaz hasilatı rayonlarını və digər iqtisadi obyektlərini də vurmaqla ziyan verə bilərik. Məgər onlar bizim silahlı qüvvələrimizə təhlükədirlər?

Bütün bu suallara sizlər bizim strateqlərdən bəlkə də daha ağlabatan izahatlar ala bilərsiniz. Amma gəlin unutmayaq ki, qarşı tərəf, yəni, Azərbaycan da belə hədələrə, niyyətlərə və hərəkətlərə cavab verəcək.

Eyni zamanda, yaddan çıxarmayaq ki, Azərbaycan ordusunun sərəncamında da məhvetmə qabiliyyətinə malik müasir tipli silah və sistemlər var və onların köməyi ilə qarşı tərəf Ermənistan ərazisindəki obyektlərə, həmçinin Metsamor AES-ə zərbələr endirə bilər.

Sadə və təcrübəsiz oxuculara, ilk növbədə, izah edilməlidir ki, atom elektrik stansiyaları nədir və onların qeyri-peşəkar istismarı hansı fəlakətlərə gətirib çıxara bilər? AES-də atom reaktorunda əldə edilən istilik fırlanan turbogeneratorların hərəkəti üçün su buxarının alınmasına sərf edilir. Bu tip stansiyalarda qəzaların səbəbləri müxtəlifdir: operativ personal (əməliyyat heyəti) tərəfindən texnoloji intizamın pozulması, onların peşəkarlığındakı nöqsanlar, yəni, “insan amili”.

Biz köhnəlmiş atom bloklarının istismarının ətraf mühit və qonşu ölkələr üçün riskli olduğu barədə dəfələrlə məsələ qaldırmışıq. Bu yazıda bir daha bunu yada salmağa ehtiyac yoxdur. Amma AES-də baş verən qəzadan sonra nələr olduğunu həmişə yadda saxlamalı və bunu unutmamalıyıq.

İnsanlar şüalanma xəstəliyindən ən çox əziyyət çəkirlər. Bu xəstəlik orqanizmə ionlaşdırıcı şüaların mümkün həddi üstələyən miqdarlarda təsiri zamanı yaranır. Oxucuları Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini yada salmağa dəvət edirəm. O zaman Avropanın yarısı radioaktiv şüalanmadan əzab çəkmişdi. Ərazi, su, mühit, flora və faunaya ziyan dəymişdi ki, təbiətin çirklənməsinin nəticələri indiyə qədər də müşahidə olunur.

Akademik təhsilli mütəxəssis kimi ölümcül təhlükə haqqında qısa şəkildə “oxucunu maarifləndirmək”lə bildirmək istəyirəm ki, qəzadan uzaq olsaq belə, hər kəs bu təhlükədən öz “payını” alaraq şüalanmanın təsirinə məruz qalacaq. Bu məsələ barədə mən sizə məlumatlı bir şəxs kimi danışıram.

İonlaşan şüalanma radioaktiv dağılma, nüvə çevrilmələri, zəhərli zərrəciklərin maddədə ləngiməsi zamanı yaranır və ion mühiti ilə əlaqəyə girdikdə müxtəlif qütblü ionların yaranmasına səbəb olur.

Xatırladım ki, o dövrdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qətiyyətsizliyi və səriştəsizliyi səbəbindən yod profilaktikasının aparılması barədə qərar 1986-cı il mayın 6-da gecikdirilməklə verilmişdi. Nəticədə minlərlə insan qalxanvari vəzinin yüksək dozada (300 ber) şüalanmasına məruz qaldı. Hazırkı dövrdə biz Çernobıl qəzasına bənzər fəlakətin təkrar olunacağından tamamilə sığortalanmamışıq. Elə AES-in ölkəmizdə olması artıq müəyyən zəhərlənmə riski və təhdidi yaradır. Lakin bu gün söhbət ondan gedir ki, əgər biz düşməni onun iri şəhərlərinə, əhalisinin sıx yaşadığı rayonlarına, sənaye obyektlərinə zərbə endirməklə təhdid ediriksə, o da öz növbəsində sakit dayanmayacaq, bu addımları cavabsız qoymayacaq. Məsələn, onlar Ermənistandakı vacib hədəflərə zərbə endirə bilərlər. Belə ki, təkcə Metsamor AES-in vurulması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər. 1986-cı ildə Çernobılda nələr baş verdiyini unutmağa haqqımız yoxdur. Mənim və bizim hərbi mütəxəssislərin qiymətləndirmələrinə görə, əgər Metsamor AES vurularsa, aşağıdakıların baş verməsi mümkün ola bilər:

• Metsamor AES-in nüvə reaktorunun gücü (815 MVt) Çernobıl AES-in gücündən (3000 MVt) az olmasına baxmayaraq, söhbət 1986-cı ildə baş vermiş qəzaya analoji olan “qlobal qəza”dan gedir. O zaman çirklənmə Ukrayna ilə yanaşı, Belarus, Rusiya, Polşa, Norveç və bir çox digər Avropa ölkələrinə külək vasitəsilə yayılmışdı;

• Metsamor qəzası nəticəsində, heç şübhəsiz, “bulud” nəinki stansiyaya yaxın yaşayış məntəqələrini bürüyəcək, hətta Ermənistanla həmsərhəd olan ölkələrin ərazilərinə də keçəcək.

Heç kimi qorxutmaq istəməzdim. Baş verə biləcək qəza zamanı itkilərin 10 min nəfərədək olacağı barədə ekspertlər tərəfindən fikirlər söylənilir. Onlardan 3,5 min nəfərinin tamamilə məhv olacağı bildirilir.

Bütün bunlardan nəticə çıxararaq bizim böyük strateqlərə bir daha xatırlatmaq istərdim ki, hər hansı bir addımın atılmasını planlaşdırmadan əvvəl mümkün nəticələri, xüsusilə də qarşı tərəfin cavab tədbirlərini dərindən düşünmək lazımdır.

Necə deyərlər, “Külək əsdirsən, fırtınada boğularsan!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub