SİYASƏT


“Erməni psixologiyası” kitabı təqdim edilib

Bakı, 11 fevral, K.Əliyeva, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Erməni psixologiyası” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini Lalə Əhmədova erməni psixologiyasının əsil mahiyyətini üzə çıxaran kitabın məziyyətlərindən, aktual mövzuya həsr olunmasından söz açıb.

Bildirilib ki, altı bölmədən ibarət kitabın müəllifi İnstitutun əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgün, “Ön söz”ün müəllifi institutun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayevadır.

“Erməni psixologiyası” kitabında oxucuları düşündürən yüzlərlə suala cavab tapmaq mümkündür. Bu kitab erməni toplumunu daha yaxından tanımaq üçün mükəmməl bir nümunədir. “Toplu psixologiyası”, “Ermənilərin dini inancı”, “Erməni toplumunun mədəniyyəti”, “Dünya erməniləri”, “Erməni qadınlarının psixologiyası”, “Erməni kişilərinin psixologiyası” bölmələrindən ibarət olan kitab erməni psixologiyasını daha dərindən öyrənməklə, zaman-zaman Ermənistanın yürütdüyü işğalçılıq siyasətini, tarixin saxtalaşdırılması ilə bağlı həqiqətləri ortaya qoyur.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımlarının tədqiqi” Komissiyasının fəaliyyətindən, soyqırımı tədqiqatları ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı törədilmiş soyqırımları sistemli şəkildə araşdırılır. Bu məqsədlə Komissiyanın işçi qruplarında təmsil olunan alimlərin qarşısında konkret vəzifələr qoyulub.

Milli Məclisin deputatı Qənirə Paşayeva, institutun konfliktologiya şöbəsinin müdiri Rövşən Vəlizadə, bu elm müəssisəsinin əməkdaşları Esmira Orucova, Rizvan Hüseynov və başqaları ermənilərin psixologiyası, onların aqressivliyi, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi səriştələri və digər məsələlərdən danışıblar. Bildirilib ki, erməni saxtakarlıqlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında bu cür nəşrlərin böyük əhəmiyyəti var. Kitabın xarici dillərə tərcümə edilərək dünyada yayılmasının vacibliyi vurğulanıb.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçılar, alimlər, KİV-lərin təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.