REGİONLAR


Erməni terroru zamanı şəhid olan Zəhra və nənəsinin xatirəsi anılıb

Füzuli, 5 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Füzulidə erməni terroru nəticəsində baş verən Alıxanlı faciəsindən 5 il ötür. Erməni terroru nəticəsində həlak olan Zəhra və nənəsi Sahibə Allahverdiyevanın il dönümündə xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının anım günündə Füzuli Rayon İcra Hakimiyyəti əməkdaşları, faciə qurbanlarının ailə üzvləri, kənd sakinləri hadisənin baş verdiyi yerdə yaradılan xatirə parkını və şəhidlərin məzarlarını ziyarət ediblər. Onlar faciə qurbanlarının xatirələrinə ehtiram əlaməti olaraq xatirə lövhəsi və məzarları üzərinə tər qərənfillər düzüblər. Bildirilib ki, 2017-ci il iyul ayının 4-də Füzuli rayonunun Alıxanlı kəndində erməni terroru nəticəsində kənd sakini 51 yaşlı Allahverdiyeva Sahibə və nəvəsi 2 yaşlı Zəhra faciəvi şəkildə qətlə yetirilib, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanıb və bu hadisədən 5 il ötür. Qadın və uşaq qatili olan ermənilərin açdığı atəş nəticəsində həyatını itirən günahsız nənə və nəvənin öz həyətlərində qanlarına qəltan edilmələrinin Xocalı caniləri olan ermənilərin törətdikləri daha bir terror hadisəsi olduğu vurğulanıb. Heç bir hərbi obyektin yerləşmədiyi, dinc sakinlərin yaşadığı ərazilərə raket zərbələri endirmək erməni xisləti üçün yad olmadığı diqqətə çatdırılıb. Bildirilib ki, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü məhz Alxanlı istiqamətindən başladı. Azərbaycan torpaqları yağı düşmənin tapdağından azad edilməklə həm də şəhidlərin qisası alınıb. Bir vaxtlar təmas xətti olan Alxanlı kəndinin hazırda “Zəfər yolu"nun başlandığı bir yer olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.