REGİONLAR
Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz: Qiyaslı məscidi FOTO VİDEO
Ağdam, 4 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.
Qeyd edək ki, Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.
Qiyaslı kəndindəki məsciddən fotoları təqdim edirik.