REGİONLAR
“Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans
Ağdam, 26 fevral, AZƏRTAC
Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni cinayətkarlarının Azərbaycan xalqına, habelə bəşəriyyətə qarşı törətdiyi Xocalı qətliamı barədə gənclərin ətraflı məlumatlandırılması, soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə təşkil olunmuş videokonfransda 109 nəfər iştirak edib. Tədbirdə erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən, Vətən müharibəsində misilsiz qələbəmizdən bəhs edən, gəncləri tariximizi unutmamağa səsləyən çıxışlar edilib, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.