REGİONLAR


Ermənilər Ağdamı tərk etməmişdən qabaq mal-qara saxladıqları Qiyaslı məscidini yandırıblar

Ağdam, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

İyunun 13-də xarici diplomatik korpusun nümayəndələri Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlara məscidin tarixi və ermənilərin törətdikləri barbarlıqlar barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.