CƏMİYYƏT


Ermənilər Azərbaycan xalqına olan patoloji nifrətini müxtəlif yollarla ifadə edirlər

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçın və ətraf ərazilərdə ekoloji-terror törətməsi hər birimizi narahat edir. Bu konfliktin başlanğıcı ötən əsrin 80-ci illərinin sonlarında Topxana meşələrində qoyulub. Topxana meşələrinə tutulan divan hər kəsin yadındadır. Otuz il ərzində isə vaxtilə işğalda olan torpaqlarda təbii ehtiyatlar vəhşicəsinə talan edilib, flora və faunaya zərər vurulub, çaylar çirkləndirilib. Onlar bu torpaqları tərk edəcəklərini bildikləri üçün hər növ vandallığa əl atıblar. Son günlərdə baş verən hadisələr isə ermənilərin Azərbaycan xalqına olan nifrətinin müxtəlif üsullarla ifadəsidir.

AZƏRTAC xəbər verir ki, bunu avqustun 17-də keçirilən mətbuat konfransında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov isə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ağdam, Kəlbəcər, Laçın ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin həmin rayonları təhlükəsiz şəkildə tərk etmələri üçün vaxt verdi. Lakin onlar humanist davranışın cavabı olaraq meşələri, evləri yandırdı, minalar basdırdılar. Bu da onların xislətinin bariz göstəricisidir.

O, bununla bağlı beynəlxalq təşkilatlarla müraciət edildiyini və bunun cavabsız qaldığını deyib.

"Son zamanlar Laçın və ətraf ərazilərdə yandırılan meşələr onu göstərir ki, ermənilər öz patoloji nifrətini müxtəlif yollarla ifadə edirlər. Hətta yeni istehsal edilən minalar da basdırılıb. Kiçik bir ərazidə 1000-ə yaxın mina aşkarlanıb. Ən maraqlısı odur ki, bütün bunlar 44 günlük Vətən müharibəsindən sonra baş verib. Laçını tərk edənlər evlərini də yandırıblar. Çox təəssüf ki, beynəlxalq təşkilatlar yenə də susurlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.