QAN YADDAŞI


Ermənilər Xocalı sakinlərini milli və dini mənsubiyyətlərinə görə qətlə yetiriblər

Bakı, 26 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə institutun direktoru, professor Maisə Rəhimova Azərbaycanın ərazi bütövlüyünə qarşı ermənilərin üzün illər apardıqları işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları blokadada olan Xocalı şəhərinə hücum edərək milli və dini mənsubiyyətinə dinc əhalini amansızlıqla qətlə yetiriblər. M.Rəhimova qeyd edib ki, yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Həmin dövrdən etibarən Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində siyasi fəaliyyətə başlanılıb. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb və bu istiqamətdə mühüm işlər görülüb.

İnstitutun həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və başqaları qeyd ediblər ki, Xocalı hadisələri ermənilərin Azərbaycan xalqına qarşı apardığı tarixi soyqırımı və etnik təmizləmə siyasətinin ən dəhşətli təzahürlərindən, törətdikləri bəşəri cinayətlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.