Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ermənilər ilk məğlubiyyət acısını 1990-cı il yanvarın 19-20-də Sədərək döyüşlərində yaşadılar

Ermənilər ilk məğlubiyyət acısını 1990-cı il yanvarın 19-20-də Sədərək döyüşlərində yaşadılar

Naxçıvan, 20 yanvar, AZƏRTAC

Hiyləgərliklə həyata keçirilən plan

Xəyanətkar qonşularımız olan ermənilər ana torpaqdan ayrı salınan Naxçıvanı işğal etmək, erməniləşdirmək üçün həyata keçirməyə çalışdıqları 200 illik planından heç vaxt əl çəkməyiblər. 20 Yanvar faciəsi ərəfəsində də belə oldu. Sovet rəhbərliyi ilə sıx münasibətdə olan erməni quldur dəstələri 1989-cu il dekabrın 14-dən başlayaraq sovet ordusunun dəstəyi ilə qədim diyarı işğal etməyə cəhd göstərdilər. Bakıda kütləvi qətllərin törədilməsinə hazırlığın getdiyi bir vaxtda ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı.

Düşmən naxçıvanlıların sıx birliyi, həmrəyliyi, yurd sevgisi, cəsarət və iradəsi qarşısında diz çökdü

Azərbaycana ordu yeridiləcəyindən xəbərdar olan düşmən Naxçıvanı çox rahatlıqla işğal edəcəyini düşünürdü. Elə hesab edirdilər ki, hücumları şiddətləndirsələr əhali təşvişə düşəcək, qarışıqlıq yaranacaq və erməni quldur dəstələri rahat bir şəkildə muxtar respublikanın ərazisinə daxil ola, burada yenidən soyqırımı aktı törədə biləcəklər. Həmin günlərdə Bakıdan və ölkəmizin digər bölgələrindən Naxçıvana yardımın gəlməsi isə mümkün deyildi. Çünki sovet rəhbərliyi bunun qarşısını almaq üçün bütün “tədbirləri” həyata keçirmişdi. 20 Yanvarda qaniçən sovet ordusunun Bakıda törətdiyi faciənin bir səbəbi də ermənilər üçün böyük problemə, daha doğrusu sonsuz arzuya çevrilən “Naxçıvan məsələsi”ni “həll etmək” idi. Ancaq düşmən tezliklə yanıldığını anlayacaqdı. 1990-cı ilin yanvarında naxçıvanlıların sıx birliyi, həmrəyliyi, yurd sevgisi, cəsarət və iradəsi düşmən dəstələrinin darmadağın edilməsinə yol açdı. Başdan-ayağa qədər silahlanmış ermənilərin qarşısına ov tüfəngi ilə çıxan naxçıvanlılar düşməni yenilməzliyi, ölümə meydan oxumağı ilə təəccübləndirdi. Ermənilər və onların havadarları qədim diyarın nər igidləri qarşısında diz çökdülər və Naxçıvanı işğal edə bilməyəcəklərini anladılar.

Qan, can bahasına olsa da, düşmənə bir qarış belə, torpaq verilmədi

O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Yanvarın 19-da Sədərək ilk dəfə top atəşinə tutuldu. Bundan əvvəl isə muxtar respublikanın Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Çünki geri çəkilmək məğlubiyyətin başlanğıcı olardı. Qəhrəman sədərəklilərin kişisi də, qadını da, uşağı da, qocası da öz torpağında, yurdunda ölməyə hazır idi. Onlar torpağı sahibsiz qoymaqdansa, şəhadəti üstün tuturdular. Qan, can bahasına olsa da, düşmənə bir qarış belə, torpaq verilməyəcəkdi...

Həmin dövrün şahidlərinin sözlərinə görə, Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək oradan güclü top atəşinə tutulurdu. Naxçıvanlılar isə 2 ədəd “TOZ-8”, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdı. Şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər naxçıvanlıların səngərinə çevrilmişdi. Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər. Naxçıvanlıların güc aldıqları yeganə qüvvə ulu öndər Heydər Əliyev idi. Doğma yurda qayıdan Ulu Öndərin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinin yanında olması təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.

Naxçıvan ölkəmizə qarşı ədalətsizlik edən sovet imperiyasına qarşı meydan oxudu, onun tərkibindən çıxdığını cəsarətlə elan etdi

Yanvar hadisələri zamanı Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan etdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.

Bu qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu. Qanlı Yanvar qırğınından sonrakı dövr - 1990-cı ilin fevral-may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi...

Düşmənə göz dağı olub Naxçıvan

Bir vaxtlar şiddətli döyüşlərin getdiyi bir məkanda bu gün gözoxşayan bir qəsəbə - möhtəşəm Heydərabad qəsəbəsi ucaldılıb. Sədərək rayonu isə gülüstana çevrilib. Vaxtilə düşmən işğalında olan Şərur rayonun Günnüt kəndi və strateji yüksəkliklər 2018-ci ildən ordumuz tərəfindən azad edilib, Sədərək rayonunda düşməndən qurtarılan 73 hektar ərazidə əkin sahələri yaradılıb, burada sədərəklilər əkin-biçinlə məşğul olmaq imkanı əldə ediblər. Bu gün düşmənin düz burnunun ucunda tikinti-quruculuq işləri aparılır, təsərrüfatçılar öz sahələrini əkib-becərirlər. Onlar əvvəlki illərdə olduğu kimi, yenə də qorxmurlar. Çünki bu gün bizim həm də çox qüdrətli, yenilməz bir ordumuz var. Ona görə də düşmən nəinki Naxçıvana yenidən hücum etmək, heç bu tərəfə dönüb baxmaq cəsarətində də belə, deyil. Vətən müharibəsində yaxşıca dərs verilən düşmən anlayır ki, bu gün Naxçıvan əvvəlki kimi təklənmiş, unudulmuş Naxçıvan deyil. Bu gün Naxçıvan sürətlə inkişaf etmiş, vətənpərvərlik yanğısı ilə yenidən ucaldılmış, düşmənə göz dağına çevrilmiş qüdrətli Naxçıvandır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH