MƏDƏNİYYƏT


“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı olacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 16-da Atatürk Mərkəzində yazıçı, tədqiqatçı Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının xarici dillərdə nəşrinin təqdimat mərasimi olacaq.

AZƏRTAC xəbər verir ki, əsər ingilis, rus və Azərbaycan dillərində yayımlanacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türk Tarix Qurumu tərəfindən yüksək dəyərləndirilən vəsaitin Türkiyədə çap olunması da nəzərdə tutulub.

Kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların (habelə xristianların və yəhudilərin) soyqırımını sənədli qaynaqlar əsasında işıqlandıran əsərdir. Kitabda Mart Soyqırımı ilə bağlı beynəlxalq sənədlər də yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.