Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ermənilərin viran qoyduğu yurd yerlərimiz gülüstana çevriləcək – AZƏRTAC-ın müxbiri Cəbrayıldan yazır FOTO VİDEO

Cəbrayıl, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Cəbrayıl rayonu özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdır. Əgər 2020-ci ilin oktyabr ayı Cəbrayıl rayonunun işğaldan azad edilməsi kimi tarixə yazılmışdısa, 2021-ci ilin oktyabr ayı quruculuq, bərpa, inkişaf dövrünün başlanması kimi yaddaşlarda qalacaq.

AZƏRTAC-ın bölgə müxbiri Cəbrayıla səfəri zamanı rayon sakinləri ilə söhbət edib, gördüklərini qələmə alıb.

İşğaldan azad olunmuş Cəbrayıla dəfələrlə səfər etmiş, Ermənistanın yer üzündən sildiyi yurd yerlərimizdən çoxsaylı reportajlar hazırlamışıq. Cəbrayıl rayonuna budəfəki səfərimiz isə tamamilə başqa ruhda idi. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıla səfəri zamanı rayon mərkəzi xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Memorial Kompleksin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyması, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak etməsi bu yerlərə yeni nəfəs gətirib.

Böyük Qayıdışa aparan yollar

Cəbrayıl rayonunda ilk olaraq yol infrastrukturunun yenidən qurulmasına başlanılıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolları da bu sıradandır.

Horadizdən Cəbrayıla doğru irəlilədikcə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yenidən qurulmasını böyük qürur və sevinc hissi ilə izləyirik. Axı, bu yol adi yol deyil - Böyük Qayıdış yoludur. Bizi Cəbrayılımıza, işğaldan azad edilmiş digər ərazilərə, ermənilər tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizin gələcək inkişafına və xoş günlərimizə aparan yoldur.

Avtomobil yolunun tikintisinə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib. Xüsusi texnikalardan istifadə olunmaqla yolun yeni torpaq yatağının inşası həyata keçirilir. Strateji əhəmiyyəti ilə seçilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Şükürbəyli kəndindən dönüb Cəbrayıla doğru yol alırıq. Burada digər bir yolun - Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikintisi gedir. Cəbrayıl rayon sakini Əli Əliyevlə elə burada söhbət edirik.

“Biz hazırda Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikintisi aparılan hissəsindəyik. Görürsünüz, işlər necə sürətlə gedir? Qürurverici görüntülərdir. Bu yollar Böyük Qayıdış yollarıdır. Bu yol keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdacağı yoldur. Bu yollar işğaldan azad edilmiş ərazilərimizin inkişafına, çiçəklənməsinə aparan yoldur. Tezliklə yolların tikintisi də başa çatacaq, ermənilərin dağıdaraq viran qoyduqları şəhər və kəndlərimiz yenidən qurulacaq, gülüstana çevriləcək. Cəbrayılımızın xoşbəxt günləri yenidən başlayacaq”, - deyə Əli Əliyev bildirir.

Prezident İlham Əliyevin Cəbrayılda bir sıra obyektlərin təməlini qoyması cəbrayıllıların sevincinə sevinc qatıb

Cəbrayıl şəhərinə çatırıq. Şəhər yerlə-yeksan edilib. Təkcə yaşayış evləri və sosial binalar deyil, qəbiristanlıqlar, digər tarixi, mədəniyyət və memarlıq abidələri, eləcə də qədim kəhrizlər də erməni vandalizminə məruz qalıb. Ermənilər 30 ilə yaxın Cəbrayılda ekoloji terror həyata keçirib, yaşıllıqlar, o cümlədən yaşı əsrlərlə ölçülən çinar ağacları məhv edilib. Lakin bütün xalqımız, o cümlədən cəbrayıllılar nikbindirlər. Çünki işğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl bərpa ediləcək, yenidən qurulacaq. Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıla səfəri zamanı bu barədə deyib: “Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək”.

“Dostluq” bulağından su içib, xarabalığa çevrilmiş Cəbrayıl şəhərinə daxil oluruq. Cəbrayıl şəhərinin acınacaqlı görkəmi ürək ağrıdır. Erməni hərbçiləri şəhəri tamamilə dağıdıblar. Bizimlə birlikdə gələn Cəbrayıl sakini Mehman Hüseynov bir tərəfdən doğma şəhərinin tamamilə dağıdılmış vəziyyətini görüb kədərləndiyini, digər tərəfdən 28 ildən sonra buraya ayaq basdığına və şəhərin yenidən qurulması işlərinə başlanılmasına görə böyük sevinc hissi keçirdiyini deyir: “Hər tərəfdə erməni vandalizmi görünür. Daş-daş üstə qalmayıb. Hətta ağacları da kəsib aparıblar. Əlbəttə, bütün bunlara görə kədərlənirik. Ancaq həm də sevinc içindəyik. Çünki doğma şəhərimiz azaddır və tezliklə yenidən qurulacaq. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıla səfəri zamanı bir sıra obyektlərin təməlini qoyması biz cəbrayıllıların sevincinə sevinc qatıb. Həmin gün tarixə Cəbrayılın inkişafının, tərəqqisinin təməlinin qoyulması günü kimi düşəcək. Tezliklə bütün kənd və şəhərlərimiz, o cümlədən Cəbrayılımız yenidən qurulacaq, gözəl binalar tikiləcək. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Azad olunmuş ərazilər elektrik enerjisi ilə təmin olunur

Böyük Qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. Azad edilmiş digər rayonlarda olduğu kimi, Cəbrayıl rayonunda da bu istiqamətdə mühüm işlər həyata keçirilir.

Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

“Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzur regionunun
sosial-iqtisadi inkişafına töhfə verəcək

Cəbrayıl rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq layihələr də icra olunacaq. Belə layihələrdən biri “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır. Prezident İlham Əliyevin oktyabrın 4-də təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələri yaradılacaq.

Cəbrayıl ziyalısı Zamiq Qurbanov “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının Cəbrayıl rayonu, eləcə də region üçün əhəmiyyətini yüksək qiymətləndirir. “Sənaye parkının mühüm avtomobil və dəmir yollarının üzərində yerləşməsi burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlara çıxışını təmin edəcək. Bu layihə bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına səbəb olacaq, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq. Sənaye parkının yaradılması nəinki Cəbrayıl rayonunun, bütövlükdə Şərqi Zəngəzur regionunun sosial-iqtisadi inkişafına töhfə verəcək”, - deyə o bildirir.

Artıq Qarabağın, Şərqi Zəngəzurun yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoş təbəssümlə qarşılaşacağıq.

Bu il oktyabrın 4-də Cəbrayılda ictimaiyyət nümayəndələri ilə görüşündə cəbrayıllılara “Xoş gəlmisiniz” deyən Prezidentimizi bir neçə ildən sonra rayon sakinləri doğma yurd yerində “Xoş gəlmisiniz, cənab Prezident” deyərək alqışlayacaqlar. O gün isə elə də uzaqda deyil...

 

Ermənilərin viran qoyduğu yurd yerlərimiz gülüstana çevriləcək – AZƏRTAC-ın müxbiri Cəbrayıldan yazır FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır