Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi köklərindən bəhs edən kitabların təqdimatı olub

Bakı, 8 iyul, Ceyhun Alışlı, AZƏRTAC

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, mərhum polkovnik Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum ediblər” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kaspi” qəzetinin təşkil etdiyi tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək kitabların əhəmiyyətindən danışıb. Bildirilib ki, arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Xalq Daxili İşlər Komissarlığının (XDİK) Orbelyan soyadlı əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.

Mətbuat Şurasının sədri vurğulayıb ki, “Onları Vətəndən məhrum ediblər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva bildirib ki, bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, ona qarşı aparılan təcavüzkar siyasətin bir hissəsidir. Bu, unudulmaz tarixdir, bu tarixə laqeyd yanaşmaq olmaz. Zaman-zaman xalqımızın başına gətirilən müsibətləri, qırğınları, sürgünləri tarixi faktların dili ilə oxucuya çatdıran Sadiq Zeynaloğlu haqlı olaraq yazır ki, bu hadisələrin birbaşa təşkilatçıları ermənilər olub.

Hər iki kitabın tariximizin öyrənilməsinə, faciələrimizin unudulmamasına xidmət etdiyini söyləyən Sona Vəliyeva deyib ki, belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir.

“Kitab arxiv sənədləri əsasında yazılıb və heç bir qərəzdən, təhrifdən söz gedə bilməz. Nəşrlərdə bəhs olunan faktlar son 200 ildə davam edən, indinin özündə də ardı-arası kəsilməyən belə hadisələr, ermənilərin apardığı mənfur siyasətin nəticəsidir. Təqdimatına toplaşdığımız kitabların müəllifi Sadiq Zeynaloğlunun və bu nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsində xidməti olan Mehdi Məmmədovun ailələri repressiyadan əziyyət çəkib. Bu faciələri, repressiyaları həyata keçirənlər ermənilər olub, ümumiyyətlə, bu proseslərin kökündə erməni siyasəti dayanır. İyulun 4-də dinc sakinlərimizin vəhşicəsinə öldürülməsi bir daha göstərdi ki, ermənilər öz mənfur siyasətlərini hər zaman olduğu kimi yenə də davam etdirməkdə israrlıdırlar. İnsanın yaddaşı pozula bilər, ancaq tarixin yaddaşı heç zaman pozulmayacaq. Sadiq Zeynaloğlu Naxçıvanda daxili işlər naziri işlədiyi illərdə bütün arxiv sənədlərini qoruyub saxladığı üçün bu gün biz bu faktları reallığı ilə görə bilirik. Bu kitablarda yer alan faktlar müəllifin əziyyətinin və vətənpərvərliyinin bariz nümunəsidir”, - deyə S.Vəliyeva söyləyib.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra - 1996-cı ildə “1920-1950-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” Sərəncam imzaladığını diqqətə çatdıran S.Vəliyeva deyib: “Bu Sərəncamdan sonra arxivlərdə saxlanılan gizli sənədlərin aşkara çıxarılmasına imkan verildi. Bu, bizə tariximizin qaranlıq səhifələrini öyrənməyə imkan yaratdı. Bizim milli yaddaşımız itməməlidir. Bu cür kitablar milli yaddaşımızın itməməsi üçün çox vacibdir”.

Sona Vəliyeva əlavə edib ki, bu kitablar ölkəmizin bütün kitabxanalarına göndərilməlidir və bu yöndə qısa müddət ərzində lazımi addımlar atılacaq. Burada repressiyanın qurbanı olmuş insanların adları ilə yanaşı, həm də kəndbəkənd siyahı var. Bu kitablar repressiyanın qurbanı olmuş insanlardan xəbər tuta bilməyən yaxınlarının intizarına son qoyacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli hər iki kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, nəşrlər tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənməklə yanaşı, onları təhlil etmək üçün elmi mənbə kimi istifadə edilə bilər.

“Kitabların əhəmiyyəti ondan ibarətdir ki, repressiyalardan əziyyət çəkən çoxsaylı həmvətənlərimizi həm tanıyırıq, həm də uzun müddət səs-sorağı olmayan qurbanlardan xəbər tuturuq. O vaxtkı siyasi rejimin əlaltıları sayılan ermənilər öz məkrli və çirkin siyasətlərini həyata keçirmək üçün təbii ki, xalqımızı hədəf seçmişdilər. Həmçinin mənim boya-başa çatdığım doğma kəndimdən iki ailə repressiya qurbanı olub. Onların da adı kitabdakı siyahıda yer alıb. Kitab tarixi faktlara güzgü tutur, başımıza gələn hadisələrdən nəticə çıxarmağa çağırır, haqqı və ədaləti ortaya qoyur. Bu kitablar müstəqilliyimizi qorumağa və onun qədrini bilməyə xidmət edir, eyni zamanda, tarixi hadisələri yeni nəsillərə daşıyan çox əhəmiyyətli elmi mənbədir”, - deyə İ.Həbibbəyli vurğulayıb.

Xalq Şairi Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Ötən əsrin axırlarında əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması isə sinəmizə çalın-çarpaz dağ çəkib. Bu faciələrin unudulmaması baxımından belə kitabların xalqımızın ixtiyarına verilməsi bəlkə gələcəkdə bu faciələri yenidən yaşamamağımıza bir zəmin ola bilər.

Kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərdən sonra baş verən repressiyaların, faciələrin öz əksini tapdığını söyləyən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova deyib ki, burada çox ciddi tarixi faktlar var. Bütün bunlar insanlara tarixi məlumatları dolğun təqdim etməyə imkan verir. Bu baxımdan kitabın müəllifi ilə yanaşı, bu işdə əməyi olan hər kəsə minnətdar olmalıyıq.

Tarixçi-alim, Milli Məclisin deputatı Musa Qasımlı hər iki kitabın tariximizin öyrənilməsi, müstəqilliyə gedən yolda qarşılaşdığımız çətinliklər və onları təhlil etmək baxımından əhəmiyyətli mənbə kimi dəyərləndirib.

Digər çıxış edənlər də kitabların məziyyətlərindən danışıb, nəşrləri Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndiriblər.

Tədbirdə nəşrlərin ideya rəhbəri və sifarişçisi Mehdi Məmmədova “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin diplomu təqdim olunub.

“Zərdabi LTD” MMC tərəfindən nəşr olunan hər iki kitabın rus dilindən Azərbaycan dilinə tərcüməçisi Elxan Zal Qaraxanlı, redaktoru Fərid Hüseyn və buraxılışına məsul Əfqan Nəsirlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir