CƏMİYYƏT


Ermənistan Azərbaycana işğal dövründə 16,2 milyard manat ekoloji ziyan vurub

Bakı, 6 oktyabr, AZƏRTAC

Baş Prokurorluq Ermənistanın Azərbaycan ərazilərini işğal etdikləri dövrdə törətdiyi ekoloji cinayətlərin miqyasını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov ermənilərin 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqində deyib.

O qeyd edib ki, ermənilər uzun müddət işğal altında saxlanılmış ərazilərdə aşağıdakı ekoloji cinayətləri törədiblər:

- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,

- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),

- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),

- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),

- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),

- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),

- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),

- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),

- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su).

Təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16,2 milyard manat olması müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.