DÜNYA


Ermənistan KTMT-nin yeni baş katibi məsələsində qeyri-konstruktiv mövqeyini davam etdirir

Bakı, 8 fevral, AZƏRTAC

Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi məsələsində qeyri-konstruktiv mövqeyi davam edir.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, KTMT-nin baş katibliyinə Belarusdan olan namizəd Stanislav Zas bəyan edib ki, bu məsələdə meydana çıxan ziddiyyətləri müzakirə etmək üçün rəsmi Yerevanla görüşmək istəsə də, öz müraciətinə cavab ala bilməyib. Ermənistan təkid edir ki, təşkilata rəhbərlik 2020-ci ilədək bu ölkənin nümayəndəsində qalsın. KTMT-nin digər üzvləri isə belaruslu namizədin tərəfdarıdırlar və bununla bağlı konsensus əldə ediblər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan belaruslu Stanislav Zasın bəyanatını şərh edərək bildirib ki, onun sözləri konsensus əldə olunmasına kömək etmir. Yerevan hesab edir ki, KTMT-nin keçmiş baş katibi general Yuri Xaçaturovun yerinə məhz Ermənistan təmsilçisi təyin olunmalıdır.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən ilin dekabrında Stanislav Zasın KTMT-nin baş katibi təyin olunması haqqında sənəd imzalayıb və təşkilatın digər üzvləri (Ermənistandan başqa) bu təyinatı bəyəniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.