DÜNYA


Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb

Bakı, 23 fevral, AZƏRTAC

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının əməkdaşları Qeqarkunik rayonu hərbi komissarının müavini A.P.-ni vətəndaşın hərbi biletinə qanunsuz qeyd etmək üçün böyük məbləğdə rüşvət aldığı zaman saxlayıblar.

Faktla bağlı yayılmış məlumatda bildirilir ki, 2019-cu il fevralın 11-də hərbi komissarın müavini hərbi biletinə yalan məlumatlar əlavə etmək məqsədilə hərbi mükəlləfiyyətli vətəndaşdan 1000 dollar məbləğində rüşvət tələb edib. Fevralın 19-da keçirilmiş əməliyyat zamanı məmur həbs edilib, onun və hərbi komissarlığın daha bir əməkdaşının barəsində cinayət işi qaldırılıb.

Ermənistanda daha bir yüksəkvəzifəli məmur – Qida Təhlükəsizliyi Xidmətinin Şirak rayon idarəsinin rəisi Anuş Mnatsakyan da saxta ərzaq məhsullarına sertifikat vermək üçün rüşvət aldığına görə həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.