Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Ermənistan Müdafiə Nazirliyinin qərarından sonra yüzlərlə hərbçi sülhməramlı qüvvələrdən ayrılıb

Ermənistan Müdafiə Nazirliyinin qərarından sonra yüzlərlə hərbçi sülhməramlı qüvvələrdən ayrılıb

Bakı, 7 yanvar, AZƏRTAC

Ermənistanda sülhməramlıların xidmət etdikləri hərbi hissənin İrəvandan çıxarılaraq, başqa əraziyə köçürülməsi burada xidmət aparan hərbi qulluqçuların ciddi etirazlarına səbəb olub.

Yaranan vəziyyəti AZƏRTAC-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq, ölkədə heç bir sahədə islahatlar aparıla bilmir. Əksinə, bütün sahələrdə tənəzzül get-gedə daha da dərinləşir. Xüsusilə, ordunun vəziyyəti gündən-günə acınacaqlı hal alır.

Ermənistan mətbuatında bu yaxınlarda yer alan məqalədə bildirilir: “Yaxın vaxtlaradək Ermənistan silahlı qüvvələrinin İrəvandakı hərbi hissələrinin birində qeyri-sağlam və gərgin atmosfer yaranıb. Müqavilə əsasında xidmət edən hərbi qulluqçulardan ibarət hərbi birləşmədə 400-dən çox hərbçi xidmətdən kənarlaşdırılıb və ya belə bir tələblə komandirə müraciət edib. Sülhməramlı birləşmə ötən ilin avqustundan etibarən İrəvandan çıxarılaraq yaxınlıqdakı yaşayış məntəqələrinin birində yerləşdirilib. Məlumdur ki, bu hərbi hissədə xidmət edən hərbi qulluqçular əsasən Ararat, Araqoçodni və Armavir vilayətlərinin sakinləridir. Müdafiə Nazirliyinin hərbi hissənin yerini dəyişdirilməsi barədə qərarı hərbçilər arasında ciddi narazılığa səbəb olub.

Hərbi hissənin uzaq ərazidə yerləşdirilməsi oraya xidmətə gedən hərbçilərin xərclərinin artması ilə nəticələnib. Çünki hərbi hissənin köçürüldüyü əraziyə getmək üçün hərbçilər yalnız taksi və ya şəxsi maşından istifadə etmək məcburiyyətində qalırlar. Xidmətdən ayrılmazdan əvvəl hərbi qulluqçular məsələ ilə bağlı hərbi hissənin yeni komandiri, polkovnik Artak Tonoyana da müraciət ediblər. O isə bildirib ki, bu, onun problemi deyil. “Köhnə qulluqçuları vəzifədən çıxararaq, yeniləri ilə əvəz edəcəyəm və onlarla istədiyim kimi xidmət aparacağam. İndi kimin maşını yoxdur işə gəlməyəcək”, - deyə A.Tonoyan hərbçilərə belə cavab verib.

Əslində hərbi hissənin yerinin dəyişdirilməsi komandir A.Tonoyanın qərarı deyil. Buna baxmayaraq, A.Tonoyan məsələnin həlli üçün Müdafiə Nazirliyi ilə danışıqlar aparmağa da çalışmır. “Hökumət nə qədər ailənin ac qalacağı ilə maraqlanmır. Evə gedəcəyik və niyə çörək ala bilməyəcəyimizi uşaqlarımıza söyləyəcəyik. Bu sualın cavabını nazir və Baş nazir bilir”, - deyə hərbçilərdən biri bildirib.

Sülhməramlı qüvvələrin İrəvandan çıxarılması barədə söz-söhbətlər illərdir gəzir. Lakin bu məsələ çevriliş baş verəndən və müdafiə naziri dəyişdikdən sonra reallaşdı. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bu hərbi hissədə xidmət edən hərbçilər “məxməri inqilab” zamanı xalqla əlbir hərəkət edirdi. Məhz hərbi qulluqçuların dəstəyi Sarkisyan hakimiyyətinin devrilməsində mühüm rol oynadı. Köhnə iqtidar - Ermənistanın Respublikaçı partiyası öz tərəfindən sülhməramlı qüvvələri siyasi proseslərə cəlb etməyə cəhd göstərdi. Fövqəladə vəziyyət elan edildikdən sonra sülhməramlı qüvvələri aksiya iştirakçılarına qarşı istifadə etmək məqsədilə polis bir neçə dəfə hərbi hissədə olub. Lakin hərbi hissənin şəxsi heyəti polisə qarşı çıxaraq çevriliş tərəfdarlarına dəstək verdi.

Bəzi məlumatlara görə, sülhməramlı hərbi hissənin ərazisi uzun müddətdir “Glendal Hills” şirkətinə məxsusdur və Müdafiə Nazirliyi üç aydan bir icarə haqqını ödəyir. Hərbi hissənin oradan çıxarılmasındakı əsas məqsədlərindən biri də bu maliyyə yükündən yaxa qurtarmaqdır. Eyni zamanda, bu hərbi hissədə xidmət edən hərbçilərə ödənilən vəsait də büdcə üçün əlavə xərclərə səbəb olurdu. Çünki İrəvanda mənzil kirayələməsi üçün hər bir hərbçiyə hər ay 45 min dram məbləğində vəsait ayrılırdı. Paytaxtdan çıxarıldıqdan sonra bu məbləğ 18 min dramadək azalıb. Hərbi qulluqçuların xidmətdən ayrılmasının əsas səbəblərindən biri də budur.

Sülhməramlı qüvvələr 2016-cı ilin aprel döyüşlərində geniş iştirak edib, əsasən Talış istiqamətində ağır əməliyyatlara cəlb olunublar. Burada xidmət edənlərin əksəriyyəti peşəkar hərbçilərdir. Yeni əsgərlərin isə belə təcrübəsi yoxdur. Sülhməramlı qüvvələrin yeni təyin olunmuş komandiri Artak Tonoyan ilə hərbi qulluqçuların münasibətlərində ciddi problemlər var. Artur Tonoyan vəzifəyə təyin edildikdən sonra hərbçilərin hərbi geyim, ayaqqabı və qida məhsulları ilə təminatın keyfiyyəti aşağı düşüb. Xəstəlik səbəbindən xidmətdən ayrılanlar da var”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “forrights.am” saytına müsahibəsində hərbi hissənin yerinin dəyişdirilməsi barədə xəbəri təsdiqləyib. Lakin o, 400 hərbçinin deyil, təxminən 120 nəfərin hərbi xidmətdən ayrıldığını bildirib. “Hərbi hissələrin daimi yerləşmə yerlərinin dəyişdirilməsi dövlət sirridir. Hərbi hissələrimiz tez-tez şimal-şərqdən qərbə doğru hərəkət etdirilir. Ancaq bu döyüş qabiliyyətimizin heç də aşağı səviyyədə olması demək deyil. Xüsusən, sülhməramlı qüvvələrdə xidmət cəlbedicidir. Çünki Əfqanıstanda və ya Kosovoda xidmət edən sülhməramlılarımız yüksək məvacib alırlar. Nazirlik nəqliyyat və yaşayış üçün heç bir əlavə təzminat təqdim etməyəcək. Bütün məsələlər qanun çərçivəsində həll olunacaq”, – deyə A.Hovhannisyan bildirib.

E.Aşırlı deyib ki, bu hadisə bir sıra narahat məsələləri ortaya çıxarır. Hökumət yalnız maliyyə vəziyyəti, yəni, büdcəyə qənaət etmək haqqında düşünür. Bu isə təcrübəli hərbi qulluqçulara mənfi təsir göstərərək onların hərbi xidmətdən ayrılmalarına səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək