CƏMİYYƏT


Ermənistan-Türkiyə xüsusi nümayəndələrinin görüşü ilə bağlı iki baxış

Bakı, 21 yanvar, AZƏRTAC

Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutsa da, bu təmaslar barədə rəsmi Yerevanda müxtəlif fikirlər səslənməkdədir.

AZƏRTAC “Armİnfo” nəşrinə istinadla bildirir ki, Ermənistan iqtidarı və ümumilikdə böyük biznes nümayəndələri Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəklərini açıq şəkildə dilə gətirirlər. Bununla belə, başqa cür fikirləşənlər də var. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan hesab edir ki, bu ölkələr arasında münasibətlər yalnız ticarətlə məhdudlaşmır və bu danışıqlardan Türkiyənin öz maraqları üçün istifadə edəcəyini israr edir.

Demoyan hesab edir ki, danışıqların növbəti mərhələsində yeni şərtlərin ortaya çıxması perspektivləri var. Lakin bu perspektivlər arasında ümidverici detallar azdır. Türkiyə ilə münasibətlərin koordinasiyası Ermənistanın vəziyyətini daha da pisləşdirir. Ermənistan və Türkiyə Xarici İşlər nazirliklərinin xüsusi nümayəndələrin ilk görüşünün yekunlarına dair bəyanatlarının eyni məzmunlu olması bunu sübut edir.

Britaniyalı ekspert Tomas de Vaal “Carnegie Europe” üçün yazdığı məqalədə yanvarın 14-də start verilən görüşlərə nikbinliklə yanaşır. Qeyd edir ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Türkiyənin Ermənistanla münasibətləri dondurmasının formal səbəbi aradan qaldırılıb. Lakin 2020-ci il müharibəsində Türkiyənin Azərbaycana hərbi yardımı səbəbindən Ermənistanda rəsmi Ankaraya qarşı acığın hələ də səngimədiyini bildirir.

O, əmin olduğunu bildirir ki, 1990-cı illərdə Qarabağ münaqişəsi nəticəsində bağlanan bütün avtomobil və dəmir yollarının yenidən açılmasına dair konsensus Ermənistan və Azərbaycanı Moskva, İstanbul və Tehran arasındakı dəmir yolu şəbəkəsində bir halqaya çevrilməklə region dövlətlərinin iqtisadi həyatında müsbət mənada öz sözünü deyəcək.

Ermənistanda qəbul edilmək ərəfəsində olan “Lisenziya haqqında” qanunun Türkiyə və Azərbaycanın aparıcı tikinti şirkətlərinin Ermənistanın tikinti bazarına yol açması perspektivi ətrafında gedən polemikaların müsbət tendensiyadan xəbər verdiyini yazan ekspert bildirir: “Bağlanan sərhədlər yenidən açılsa, bu, təkcə ermənilərlə türklər arasında həm də şəxsi əlaqələri stimullaşdıracaq. Çatışmazlıqlarına baxmayaraq, bu təşəbbüs geniş dəstəyə layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.