DÜNYA


Ermənistan Yazıçılar İttifaqının sədri erməni diaspor siyasətini pisləyib

Bakı, 9 yanvar, AZƏRTAC

Ermənilər yaşadıqları ölkənin mədəniyyətinə və tarixinə hörmət etməlidir. Oranın adət-ənənələri ilə yaxından tanış olmalıdırlar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyan Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi cinayət hadisəsini şərh edərkən deyib.

O bildirib ki, Ermənistan tərəfi hər hansı bir insidentin baş verməsini gözləməməlidir, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır. Müxtəlif xarici ölkələrdəki erməni diasporları düzgün siyasi xətt müəyyənləşdirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.