DÜNYA


Ermənistan əhalisi ölkəni kütləvi şəkildə tərk edir

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust ayları ərzində Yerevandakı “Zvartnos” hava limanından 701 min 750 sərnişin ölkəni tərk edib. Onlardan 653 min 697 nəfər müəyyən səbəblərdən ölkəyə qayıdıb.

AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin hava limanı rəsmi məlumat yayıb.

Bildirilib ki, bununla belə, son 7 ayda Ermənistanı 48 min 53 vətəndaş həmişəlik tərk edib.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü, deputat Vaqe Akopyan isə jurnalistlərə bildirib ki, son vaxtlarda Ermənistanı tərk edənlərin sayı "kosmik səviyyəyə" çatıb.

Onun sözlərinə görə, Zəngəzurdan (Sünik) xaricə köçənlərin sayı günbəgün artır.

Deputat deyib ki, 2021-ci ildə Ermənistanı 110 min nəfər tərk edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.