DÜNYA


Ermənistan əhalisinin cəmi 14 faizi koronavirusa qarşı peyvənd olunub

Tbilisi, 7 oktyabr, AZƏRTAC

“Ermənistanda əhalinin koronavirusa qarşı peyvənd olunması çox aşağı səviyyədədir. Əhali peyvənd olunmaq istəmir. Bu gün ölkə əhalisinin yalnız 14 faizi COVID-19-a qarşı vaksinasiya olunub”.

AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın səhiyyə naziri Anait Avanesyan oktyabrın 7-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

Nazir bildirib ki, əhalinin 14 faizinin bir və ya iki dozanı qəbul etməsi çox aşağı göstəricidir.

“Hökumət təcili tədbir görməlidir, əks halda vəziyyət daha da pis olacaq”, – deyə, nazir vurğulayıb.

Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Səhiyyə Nazirliyini peyvəndləmə aşağı səviyyədə olduğu üçün sərt tənqid edib.

O, ölkədə peyvəndləmənin aşağı səviyyədə olmasının utancverici olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 1 309 nəfər COVID-19-a yoluxub.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 268 672-yə çatıb.

Ermənistanda pandemiya qurbanlarının sayı isə 5466-dır, onların da 26-sı son sutkada ölüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.