SİYASƏT


Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb

Bakı, 24 iyun, AZƏRTAC

Son zamanlar erməni diaspor təşkilatları ilə bağlı Ermənistan hökumətinin də adının hallandığı qalmaqalların coğrafiyası genişlənir və növbəti qalmaqalın sədası Kolumbiyadan gəlib.

Ökəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ərazilərində mövcud olmuş qanunsuz rejimə və erməni silahlı birləşmələrinə yardım məqsədilə xarici ölkələrdəki erməni diaspor təşkilatları tərəfindən irihəcmli maliyyə ianələri toplanması haqqında tanınmış kolumbiyalı jurnalist, teleaparıcı Roberto Trobaxonun təqdimatında xüsusi videosüjet hazırlanıb.

Süjetdə Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitlərinin Ermənistan silahlı qüvvələrinin təchizatının artırılmasına, eləcə də 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlara qatılmış muzdlu döyüşçülər və terrorçuların saxlanmasına sərf olunduğu deyilir.

Aparıcı bildirir ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlanmış və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnmiş 44 günlük müharibə başa çatanadək kampaniya çərçivəsində 73 müxtəlif ölkədə yaşayan 8 milyona yaxın icma üzvündən 170 milyon ABŞ dolları məbləğində vəsait toplanıb və bu proses hələ də davam etdirilir.

Süjetdə mühacir ermənilərdən toplanmış bu vəsaitin böyük hissəsinin Ermənistanın dövlət büdcəsinə köçürüldüyü bildirilir. Etiraf edilən bu fakt Ermənistan hökumətinin Azərbaycana qarşı apardığı müharibəni həmvətənlərinə humanitar yardım olaraq erməni mühacirlərin ianə etdiyi vəsaitdən maliyyələşdirdiyinin sübut olunduğu vurğulanır.

Həmçinin müharibə bitdikdən sonra da erməni diaspor liderlərinin külli miqdarda vəsait yığmaqda davam etdiyi, yaxın vaxtlarda ABŞ və Fransada təşkil etdikləri iki müxtəlif teletonda toplam 30 milyon dollar əlavə vəsait topladıqları diqqətə çatdırılır.

Sonda bu vəsaitlərin qeyri-şəffaf və qanunsuz şəkildə idarə edilməsinə dair çoxsaylı faktlar olduğu nəzərə alınaraq, erməni mühacirlərin diaspor təşkilatlarının maliyyə fəaliyyətlərinə ciddi nəzarət etməli olduqları deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.