DÜNYA


Ermənistan mətbuatı Azərbaycanın azad olunmuş ərazilərdə apardığı tikinti işlərindən yazır

Bakı, 29 iyun, AZƏRTAC

44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın nəzarətinə keçən ərazilərdə nəhəng tikinti-quruculuq işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Hrabarak” qəzetində işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə həsr olunan növbəti yazıda yer alıb.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində orada aparılan geniş miqyaslı işlər barədə oxucularına məlumat verən qəzet yazır: “Demək olar ki, hər yerdə, o cümlədən Hadrutda, Şuşada fəal tikinti işləri aparılır: yollar çəkilir, Füzulidə hava limanı fəaliyyət göstərir”.

Laçın rayonunda növbəti beynəlxalq aeroportun tikintisinin aparıldığını xəbər verən nəşr aparılan bərpa-quruculuq işlərinin yeni hərbi hissə və birliklərin yaradılması fonunda baş verdiyini qeyd edir. Bildirilir ki, Prezident İlham Əliyev, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi ilə məşğuldur. Bu məsələlərin həllindən sonra ərazilərin nizamlanması daha böyük templə davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.