DÜNYA


Ermənistan müxalifətçiləri etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər

Bakı, 21 aprel, AZƏRTAC

Müxalifətçi deputat Nikol Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarının şənbə günü səhər yenidən başlanacağını bəyan edib.

AZƏRTAC” RİA "Novosti"yə istinadla xəbər verir ki, etiraz hərəkatının lideri N.Paşinyan bildirib: "Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə".

Erməni deputat mitinqdən sonra İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcəyini də bildirib.

Qeyd edilməlidir ki, Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.