Ermənistan müxalifəti İrəvan metrosunun işini bloklayıb
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvan metrosunun işinə mane olub.
AZƏRTAC xəbər verir ki, bunu əks etdirən görüntülər “Ermənistan” fraksiyasının “Teleqram” kanalında yerləşdirilib. Video kadrlarda etirazçıların “Eritasardakan” (Gənclik) metro stansiyasında vaqonların qapılarını tutaraq onu yerindən tərpənməyə qoymadığı görünür.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.
Müxalif partiyaların etiraz aksiyaları mayın 18-də də davam edib. Etirazçılar səhər saatlarında paytaxt küçələrini bağlamağa cəhd göstəriblər. Son məlumata görə, aksiyaların gedişində polis tərəfindən saxlanılan nümayişçilərin sayı 352 nəfərə çatıb.

Xəbərin mətnində orfoqrafik səhv var